Pop müğənni Rita Ora iki fərqli stildə London küçələrində görüntülənib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 24 yaşlı ifaçı ilk gün iti Şerlə birlikdə gəzintiyə çıxıb. Rita dəbə uyğun olaraq cırıq cins şalvar, ağ köynək və cins jilet geyinib. O, çəhrayı eynək və ağ şlyapa taxıb.
Bir gün sonra isə Rita səsyazma studiyasından çıxarkən obyektivlərə tuş gəlib. Müğənni həmin gün ağ libasıyla tamamilə fərqli obraz yaradıb.