Murad sevgilisi ilə toy hazırlığına başlayıb – fotolar
Dünya
14:42 / 30.05.15
5563dəfə oxunub
A-
A
A+
Məşhur “Follow me” (“Məni izlə”) layihəsi ilə bütün dünyada tanınan Murad Osman sevgilisi Nataliya Zaharova ilə birlikdə İstanbuldadır.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük toya hazırlaşır. Mərasim iyunda Moskvada təşkil ediləcək. Toyqabağı alış-veriş üçün Türkiyəyə yollanan cütlüyün məclisinin təşkilatçısı azərbaycanlı modelyer-aktrisa Gülsaradır. Gülsara türkiyəli müğənni Ziynət Sali ilə sevənlərə sürpriz hazırlayaraq, İstanbulun tarixi məkanlarında mələk qiyafəsində kamera qarşısına keçərək toy üçün bəstələnmiş mahnını ifa ediblər. Klipin rejissoru isə Nihad Odabaşı olub.
Qeyd edək ki, Muradla Nataliya bütün dünyanı gəzərək xüsusi üslubda fotolar çəkdirir və İnstaqram səhifələrində #FollowMeTo haştaqı ilə paylaşırlar. İzləyicilər tərəfindən çox bəyənilən şəkillər 200 mindən artıq “like” toplayır.