İkimərtəbəli qatarlar Bakıda - fotolar

İkimərtəbəli qatarlar Bakıda -  fotolar
3689 dəfə oxunub
  • A-
  • A
  • A+

“Azərbaycan Dəmir Yolları” QSC-nin İsveçrənin “Stadler Rail Group” şirkətindən aldığı “KİSS” markalı 5 ikimərtəbəli elektrik qatarından biri bu gecə Bakıya gətirilib.

Axşam.az-ın fins.az-a istinadən məlumatına görə, yeni qatar hazırda Bakı Dəmir Yolu Vağzalındadır. Qatarın ümumi sərnişin tutumu 919 nəfər, oturacaqların sayı isə 396-dır. Bunun 84-ü biznes sinfinə aiddir. Digər 4 qatardan biri bu ay, qalan 3-ü isə gələn ilin yanvar ayına qədər Azərbaycana gətiriləcək.

Qatarların alınması üzrə saziş bu il mayın 13-də Bakıda keçirilən “TransCaspian-2015” Beynəlxalq nəqliyyat, tranzit və logistika sərgisi çərçivəsində imzalanıb.