Tanınmış dietoloq Ləman Süleymanova kimsəsiz uşaqlar üçün xeyriyyə tədbiri keçirib.
Axşam.az-ın məlumatına görə, dietoloq 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə uşaq evinə yollanıb.
"Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin yardımı ilə Binəqədi rayonunda yerləşən uşaq evlərindən birini ziyarət etdik. Qayğıya ehtiyacı olan körpələrə yemək və bəzi əşyalar apardıq. İstədik ki, bayram ərəfəsində valideyn sevgisindən məhrum olmuş balacaları sevindirək. Bu işdə aparıcı Elnarə Təhməzova da mənə kömək etdi" - deyə L.Süleymanova bildirib.