8 iyun Dünya Okeanı Günü münasibətilə məşhurlar kamera qarşısına keçiblər.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, daha əvvəl Helena Bonham Karter, Zoi Uonamayker, Culiya Kristi kimi tanınmışların qatıldığı aksiyada bu dəfə 80 yaşlı britaniyalı aktrisa Cudi Denç, 56 yaşlı yazıçı Keti Lett, aktrisa Tamla Kari iştirak ediblər. Denç xərçənglərlə, digərləri isə ölü balıqlarla poz veriblər.
“Fishlove” adlı kampaniya nəsli tükənməkdə olan dəniz canlılarına diqqət çəkmək və okeanların dərinliklərində yerləşən su heyvanlarının ovlanmasının qarşısını almaq məqsədi daşıyır.