Futbolçu Kriştiano Ronaldo biabırçı hərəkətləri ilə paparassilərin hədəfində olub.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, futbolçu getdiyi barın avtodayanacağında təbii ehtiyacını ödəyərkən görüntülənib. Sərxoş olan Ronaldo bu hərəkəti zamanı ətrafdakı insanlara əhəmiyyət verməyib.
Hadisənin şahidi olan polis futbolçunun yanına gələrək ona xəbərdarlıq edib.