Alim Qasımovdan gənc ifaçıya dəstək - video+fotolar
Ölkə
17:47 / 02.06.15
1725dəfə oxunub
A-
A
A+
Xalq artisti Alim Qasımov ud ifaçısı Kənan Tərlanoğlu ilə hazırladığı “Pərişanın” adlı yeni layihəsini təqdim edib.
Axşam.az-ın məlumatına görə, muğam ifaçısı tədbirdə qonaqları ifayla salamlayıb.
Aparıcı Lalə Əlimuxtarova xalq artistinin yeni layihəsi ilə bağlı danışıb:
“Alim Qasımovu klipdə ud ifaçısı Kənan Tərlanoğlu müşayiət edir. Bu, onun ilk işidir. Xalq artisti gənc ifaçıya dəstək oldu”.
A.Qasımov hər zaman gənclərə kömək etdiyini deyib:
“Gənclərlə çalışmaq mənə maraqlıdır. Bundan əvvəl bir repçi ilə də duet oxumuşdum. Mahnıya yol gedərkən qulaq asdım. Həmin an Füzulinin qəzəli yadıma düşdü. Mahnıda da həmin qəzəli səsləndirdim. Klipin ssenarisini bəyəndim. Səfil bir insanın həyatı işıqlandırılıb”.
Qeyd edək ki, “Böyük dayaq” filmindən götürülən mahnının ekran həlli rejissor Vüsal Tərlanoğluna həvalə olunub. Klipdə L.Əlimuxtarova da rol alıb. Mahnının musiqisi Fikrət Əmirova məxsusdur.