Rihanna futbolçu ilə sevgilidir - fotolar

Rihanna futbolçu ilə sevgilidir - fotolar
5242 dəfə oxunub
  • A-
  • A
  • A+

Qərb mediasında müğənni Rihannanın yeni sevgi romanı haqda şayiələr yayılıb.

Axşam.az-ın məlumatına görə, ifaçının yeni sevgilisinin "Real Madrid" və Fransa yığmasının futbolçusu Kərim Benzema olduğu söylənilir.

27 yaşda olan Rihanna və Kərim Nyu-Yorkda səhər saat 6-da bir kafedən çıxarkən görüntüləniblər. Bu saata qədər isə cütlük gecə klublarından birində əylənib.

Qeyd edək ki, futbolçu və barbadoslu müğənni arasında tanışlıq keçən ilin iyunundan məlumdur. Tvitterdə Benzemanı izləyən Rihanna Dünya Çempionatı vaxtı ona dəstək də olmuşdu.