Nyu-Yorkda ilin ən yaxşı dizaynerlərini seçən "CFDA Awards" mükafatlandırma gecəsi baş tutub.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, "ən yaxşı qadın geyimi dizayneri" Meri-Keyt və Eşli Olsen bacıları seçilib. "Ən yaxşı kişi geyimi dizayneri" mükafatına isə Tom Ford layiq görülüb. Aksesuar dizaynerləri üçün nəzərdə tutulmuş əsas mükafat Tabita Simmonsa verilib.
"Ən dəbli geyinən" müğənni Farell Uilyams olub.
Tədbirdə tanınmış ulduzlar da iştirak edərək qırmızı xalça üzərində geyimlərini nümayiş etdiriblər. Ən yaxşı geyinənlər arasında Nina Dobrev, Krissi Teyqen, Cici Hadid, Nataşa Poli və Koko Roşa kimi məşhurlar olub.