Nəzrinin filminin nümayiş tarixi bəlli oldu

Nəzrinin filminin nümayiş tarixi bəlli oldu
1076 dəfə oxunub
  • A-
  • A
  • A+
Baş rolda azərbaycanlı aktrisa Nəzrin Cavadzadənin çəkildiyi “Quzu” filminin nümayiş ediləcəyi tarix bəlli olub.

Axşam.az-ın “Vətən”ə istinadən məlumatına görə, ekran işi Türkiyədə iyunun 19-dan etibarən göstəriləcək. Filmdə Nəzrinlə yanaşı, Cahid Gök, Nursel Köse və Güvən Kıraç da yer alıblar.

“Ən yaxşı film” və “Ən yaxşı qadın aktrisa” nominasiyaları üzrə “Qızıl Portağal Film Festivalı”nın qalibi olan “Quzu” kasıb Anadolu qadınının apardığı mübarizədən bəhs edir.