“Elle” dərgisinin təşkil etdiyi həftəsonu partisində qalmaqal yaşanıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, gecəyə qatılan Ceylan Çapa (aktyor Burak Özçivitin keçmiş sevgilisi –red.) iş adamı sevgilisi Altuğ Ləbləbicinin aktrisa Qəmzə Özçəlikə yaxınlaşaraq söhbət etməsinə dözə bilməyib.
Qısqanclığı ilə məşhur olan Ceylanın Altuğla dava edərək, Qəmzəyə sillə vurduğu deyilir.