Flora Kərimova təqdimat etdi - yeni klip+fotolar

Flora Kərimova təqdimat etdi -  yeni klip+fotolar
1412 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində xalq artisti Flora Kərimovanın "Səni gözləyəcəm" adlı mahnısına çəkilmiş klipin təqdimat mərasimi keçirilib.
 
Axşam.az-ın məlumatına görə, mahnının musiqisi Sevinc Tofiqqizina, sözləri isə millət vəkili Qənirə Paşayevaya aiddir. Ekran işi rejissor Nail Naiboğluna həvalə edilib.

Jurnalistlərin suallarını cavablandıran F.Kərimova bu işbirliyindən razı qaldığını qeyd edib:

“Klipimiz uğurlu alındı. Əsas odur ki, Sevinc xanım məndən razı qalsın, Qənirə xanımın yazdığı sözləri dinləyiciyə çatdıra bilim. O ki qaldı mənə... Heç vaxt özümü tərifləməmişəm. Amma bu dəfə deyəcəm, özümdən razıyam. Ekran işi də ürəyimcə oldu. Buna görə də Nail Naiboğluna təşəkkür edirəm. İnşallah işimiz axırıncı yox, axarıncı olar. Bu klip məndən sevənlərimə yadigar qalacaq".

Daha sonra isə S.Tofiqqızı xalq artistinə hazırladığı əl işini hədiyyə edib. O, F.Kərimova üçün daha bir mahnı bəstələdiyini vurğulayıb.