Bu gün onların doğum günüdür - fotolar

Bu gün onların doğum günüdür - fotolar
5323 dəfə oxunub
  • A-
  • A
  • A+

4 iyun bir neçə tanınmış ulduzun doğum günüdür.

Axşam.az onları təqdim edir.

Ancelina Coli 1975-ci ildə anadan olub. Onun atası "Oskar"lı aktyor Con Voyt, anası isə sadəcə iki filmdə oynayan aktrisa Marşelin Bertrandır. C.Voyt slovakiyalı və alman qanı daşıyır. Ancelinanın anası isə Kanadada yaşayan fransız nəslindəndir.

Colinin ilk filmi atasının iştirak etdiyi "Lookin to get out" (1982), hələlik sonuncu filmi isə "Malifisent"dir.

Coli iki dəfə boşandıqdan sonra aktyor Bred Pitlə ailə qurub. Cütlüyün Maddoks, Paks və Zahar adlı üç övladlığı, Şilo, Konks və Vivyen adlı isə bioloji övladları var.

Aktrisa keçən il "Unbroken" adlı filmin rejissorluğunu edib. Hazırda isə B.Pittlə bir yerdə "By the sea" ("Dəniz tərəfdən") filminə çəkilir. O, bir dəfə "Oskar" mükafatını, üç dəfə isə "Qızıl Qlobus"u qazanıb. Tarix ərzində bu mükafatı üç dəfə qazanan yeganə aktrisadır.

Fahriye Evcen 1986-cı ildə anadan olub. Uşaqlığını Almaniyada keçirib. Solingen şəhərində alman millətçilərin türklərin evlərini yandırdığını zamanda Evcenin ailəsi diqqət çəkməmək üçün evin işığını söndürüb otururmuşlar.

"Yapraq dökümü" serialındakı Necla obrazı ilə ulduzu parlayan aktrisanın ilk filmi "Cənnət"dir. "Çalıkuşu" serialının remeykində Fəridə obrazı ilə daha da məşhurlaşan Fahriye hazırda aktyor Burak Özçivitlə sevgilidir. Bundan əvvəl isə o, müğənni Özcan Denizlə sevgi münasibəti yaşayırdı.

Kerem Bürsin 1987-ci ildə anadan olub. Şotlandiya, İndoneziya, BƏƏ, Malaziya, ABŞ kimi ölkələrdə yaşayan aktyor Hollivud-Türk ortaq çəkilən filmlərdə oynamaqla məşhurlaşıb.

Türkiyə tamaşaçısı onu "Güneşi Beklerken", "Şeref Meselesi" seriallarından sonra daha yaxşı tanıyıb.