Maqazin Jurnalistləri Dərnəyinin (MGD) “Qızıl Obyektiv” mükafatlandırma gecəsi maraqlı anlarla yadda qalıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mükafatlandırma mərasimində aktrisa Bərgüzar Korel, Serenay Sarıkaya, aktyor Kənan İmirzalıoğlu kimi şou nümayəndələri ilə yanaşı, media üzvləri də iştirak ediblər.
“Ən yaxşı aktrisa” tituluna layiq görülən Bərgüzarı səhnəyə “Ən yaxşı aktyor” seçilən Kənan çıxarıb. Aparıcılığını Özgə Borakla Əmrə Karayelin etdiyi tədbirdə “3 Adam” verilişi “Ən yaxşı tok-şou” mükafatını alıb.