Aktrisa Tuba Ünsal “Hello” jurnalına müsahibə verib.Axşam.az-ın məlumatına görə, aktrisa şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar edib. Tuba indiyədək qurduğu münasibətlərin uğurlu alınmasında iqtisadi cəhətdən heç bir kişidən asılı olmaması ilə əlaqələndirib:
“Fasilə etmədən illərlə serial, film, reklamlarda çəkildim. Kişilər də mənim çalışqan, onlara möhtac olmayan halımı sevdilər. Keçmiş sevgililərimə hörmətim sonsuzdur, amma mənim ən böyük məhəbbətim əvvəl özümə, sonra həyat yoldaşım Mirgünədir. O, illərlə gözümün önündə imiş, amma mən görməmişəm. Sonra bir gün o, mənim şahzadəm oldu. Özünə inanan qız getdi, yerinə sevgilisinə dəli kimi aşiq olan biri gəldi. 2013-cü ildə Berlində evləndik. Xoşbəxt ailəm var. Həyat yoldaşım bu həyatdakı ən böyük qazancımdır”.
T.Ünsal gənc qızlara tövsiyələr də verib:
“Oğlanlar qızlara o zaman aşiq olurlar ki, xanımlar necə var, o cür davranırlar. İnsan özünü sevəndə, heç kimə möhtac olmayanda qarşı tərəf onu əldə edə bilmək üçün hər bir işi görür.