Lana Del Reyin geyim tərzi - fotolar

Lana Del Reyin geyim tərzi - fotolar
2486 dəfə oxunub
  • A-
  • A
  • A+
Sentyabrda yeni "Honeymoon" ("Bal ayı") adlı albomunu təqdim etməyi planlaşdıran Lana Del Rey dünən "Endless Summer" ("Sonsuz yay") adlı turnesi çərçivəsində növbəti konsertini verib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Kanadada baş tutan konsertdə müğənni səhnəyə ağ qısa libasda çıxıb.

Hər zaman sadə geyimləri ilə seçilən ifaçı gündəlik həyatında da bu ənənəsinə sadiq qalır. İncə bədəni olsa da, retro və vintaj tərzi ilə sevənləri üçün artıq bir "ikon"a çevrilib.