"Nyukasl Yunayted"in ulduz futbolçusu Papiss Sisse İngiltərədəki sevgilisinə xəbər vermədən Parisdə başqası ilə gizlincə evlənib.
Axşam.az-ın "The Sun" qəzetinə istinadən məlumatına görə, Sisse model sevgilisi Reyçel Qrahama Parisə tətilə getdiyini söyləyib. Lakin futbolçu orada seneqallı voleybolçu Diallo Aua ilə ailə qurub.
30 yaşlı Papissin iki ildir sevgili olduğu 24 yaşlı Reyçel isə onun evləndiyini internetdən öyrənib.