Modelyer və dizayner Viktoriya Bekhem yeni geyim kolleksiyasını təqdim edib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, onun 2016-cı il kolleksiyası bu dəfə ənənəvi ingilis tərzini sevənlər üçün nəzərdə tutulmayıb.
Geyimlərində ağ, qara, qırmızı və mavi rənglərdən istifadə edən Viktoriya cəsarətli davranaraq simmetriyası pozulmuş geyimlər hazırlayıb.