Müğənni Zamiq Hüseynov tədbirlərin birində fotokameramız qarşısına keçərək, şəkillər çəkdirib.
Axşam.az-a açıqlama verən ifaçı formada qalmağının sirrini də bölüşüb:
“Əvvəl nə gəldi yeyirdim. Sonra mədəmdə güclü ağrılar başladı, çoxlu dərman qəbul etdim. Xeyri olmadı. Başladım sağlam qidalanmağa. Səhər yeməyi yeyirəm. Gün ərzində bircə dəfə bir dilim qara çörək qəbul edirəm. Qədərindən artıq qida istifadə etmirəm. Beş ildir dayanmadan idmanla məşğul oluram. İndi həm çəkim qaydasındadır, həm də orqanizmim sağlamdır”.
Foto: Azad BAĞIROV