Ötən ilin noyabrında Bakının qonağı olan türkiyəli ifaçı Emre Kaya burada klip çəkdirmişdi.
Axşam.az-ın məlumatına görə, uzun müddət keçməsinə baxmayaraq, ekran işinin təqdim olunmaması diqqət çəkib.
“Yaz” adlı mahnıya çəkilən klipin rejissoru Nail Naiboğlu məsələ ilə bağlı açıqlama verib:
“Mahnı yay ab-havasında idi. Bakıda çəkilib, Türkiyədə yayımlanacaq. Ona görə də təqdimatı gecikdirdik. Gələn həftə klipi nümayiş etdirəcəyik. Söz verib ki, özü də Bakıya gəlib, təqdimata qatılacaq”.