"Bu hayat benim" serialının aktrisası Yeşim Ceren Bozoğlu layihədən ayrıldıqdan sonra arıqlamaq qərarına gəlib.
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, serialdakı rolu üçün 30 kiloqram kökələn aktrisa artıq arıqlamağa bağlayıb.
O, arıqlamasının sirrlərini sosial şəbəkədə paylaşıb:
"Əvvəl öz keçmiş və indiki fotolarınızdan ibarət kollaj düzəldib görə biləcəyiniz bir yerdə, ya telefonunuzun ekranına yerləşdirin. Hər gün onu gördükdə şüuraltınıza təsir edəcək. Mən serial üçün kökəldiyim kiloqramlarımı artıq yoxa çıxarıram. Əvvəlki halımı, dietaya başlayarkən olan fotomu və indiki halımı yanbayan qoyub baxıram. Ortalarda bir yerdəyəm. Əgər sizin ən yaxşı halınızda olan fotonuz yoxdursa, onu beyninizdə çəkin və özünüz üçün məqsəd edin".
O, çoxlu göyərti və müxtəlif salatlar yediyini deyib.