"Gucci" markası yeni geyim kolleksiyasını təqdim edib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu ilin yanvarından adı çəkilən modalar evinin direktoru olan Alessandra Mikelin rəhbərliyi ilə təqdim olunan dəfilədə modellər podiumda 60-70-ci illərin tərzini nümayiş etdiriblər.
Gecədə tamaşaçılar arasında Sem və Aaron Teylor Conson, Lora Lav, Dakota Conson, Karen Elson kimi tanınmışlar olub.