Aktyor Burak Özçivitlə aktrisa sevgilisi Fəxriyyə Evcən gül dükanının qarşısında görüntüləniblər.
Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, avtomobilindən düşməyən Burak sevgilisinə çiçək gətirdib. Bu jestin səbəbini soruşan jurnalistlərə aktyor “Bu gün Fəxriyyənin ad günüdür” cavabını verib.
Müxbirlərin “Axı, belə sürpriz olmaz. Üstəlik, çiçəyi də siz yox, gülsatan oğlan verdi” sözlərinə Özçivitin açıqlaması belə olub:
“Evimizə gedirik. Əlbəttə, hazırladığım sürprizim var”. Burak bu sözləriylə Fəxriyyə ilə eyni evdə yaşaması xəbərlərini də təsdiqləyib.