45 yaşlı müğənni Cennifer Lopez 28 yaşlı rəqqas sevgilisi Kasper Smartla barışdıqdan sonra ilk dəfə əl-ələ görülüb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Kasper “Mavinin çalarları” filminin çəkilişləri zamanı Cey Lonu tək qoymayıb. Sevgililərin xoşbəxt olmaları diqqətdən qaçmayıb.
Qeyd edək ki, son zamanlar tez-tez obyektivlərə tuş gələn cütlüyün bu ilin axırında toya hazırlaşdığı deyilir.
Xatırladaq ki, Cenniferlə Kasper 2011-ci ildən görüşürlər. Cütlük 2014-cü ildə Kasperin müğənniyə iki transseksualla xəyanətindən sonra Cey Lo ondan ayrılmış, bu ilin əvvəlində isə yenidən barışmışdı.