Bu gün prodüser Tarix Əliyev (Tolik) ad gününü qeyd edir.
36 yaşı tamam olan prodüser təəssüratlarını Axşam.az-ın əməkdaşı ilə bölüşüb.
O, ilk təbriki hər zaman olduğu kimi anasından aldığını deyib:
“Anam hər il gecə 12-ni keçən kimi zəng vurur. Atam isə ayın 6-da səhər saat 10:30-da məni yığır. Çünki mən həmin saatda dünyaya gəlmişəm. Hər dəfə də ona eyni sualı verirəm: "Neçə kiloqram olmuşam?". Dünən gecə 12-yə 1 dəqiqə qalmış dostlarım evimə gəlib təbrik etdilər. Daha sonra şəhərə gedib bir yerdə oturduq. Ad günümü iyunun 9-da qeyd edəcəm. Daha bir sürprizi isə xalq artisti Aygün Kazımova etdi. Dünən verilişlərdən birində qonaq idim. Canlı yayımın bitməsinə 20 dəqiqə qalmış Aygün xanım studiyaya gəlib məni təbrik etdi. Buna heç vaxt inanmazdım. Çox sağ olsun”.
Tolik bildirib ki, artıq ata olmaq, övlad sevgisi yaşamaq istəyir:
“Allahdan özümə can sağlığı və övlad payı arzulayıram. Evim, maşınım var, banklara borcum yoxdur. Az-çox pul qazanıram. İstədiyim hər şeyi özümə ala bilirəm. 36 yaşımda xasiyyətimdə dəyişikliklər edəcəm. Tez əsəbiləşirəm. Çalışacam bundan sonra daha təmkinli olum".