Kensinqton sarayının mətbuat xidməti "Twitter" səhifəsində Kembric şahzadəsi Şarlotta Yelizaveta Diananın ilk fotolarını paylaşıb.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, şəkillərdə Şarlotta qardaşı, şahzadə Corcla əks olunub.
Şahzadə Uilyamsla hersoginya Keyt Middltonun yeni doğulmuş qızlarının fotosu #WelcomeToTheFamily haşteqiylə təqdim olunub:
"Şahzadə Corcun kiçik bacısı şahzadə Şarlotta ilə ilk fotolarını paylaşmağa şadıq".
Qeyd edək ki, şəkilləri may ayında K.Middlton çəkib. Şahzadə Şarlotta mayın 2-də Londonda müqəddəs Mariya hospitalında doğulub. O, Böyük Britanıya kraliçası Yelizavetanın beşinci nəticəsidir. Adını isə həm kraliçanın, həm də dünyasını dəyişmiş şahzadə Diananın şərəfinə belə qoyublar.