Halit Ərgənçin büstü qoyulacaq – fotolar

Halit Ərgənçin büstü qoyulacaq – fotolar
2113 dəfə oxunub
  • A-
  • A
  • A+
“Möhtəşəm yüz il” serialında Sultan Süleyman obrazını canlandıran aktyor Halit Ərgənçin Macarıstanda büstü qoyulacaq.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Macarıstanın tanınmış heykəltəraşı Tibor Turi Török 4 il əvvəl adıçəkilən serial ölkəsində yayımlanmağa başlayandan aktyorun 70 kiloqramlıq büstünü hazırlayıb. O bildirib ki, indiyədək ondan həmin büstü almaq istəyən çox olub. Hətta Halit Ərgənçin fanatları onun emalatxanasına gələrək heykəli ilə şəkil də çəkdirirlər.

Tamamlanma işlərini gördüyünü bildirən Tibor büstü ən yaxşı yerdə ucaltmağa çalışacağını söyləyib.