Hollivud ulduzları Bred Pitt və Ancelina Coli uşaqları ilə birlikdə Los-Anceles hava limanında görüntüləniblər.
Axşam.az “Dailymail”ə istinadən xəbər verir ki, cütlük Fransaya səfər edib. Təyyarədə diqqətçəkən məqam isə Coli ilə Pittin “First Class”da deyil, “Business Class”la uçmaları olub.
Həmkarlarından fərqli olaraq, onlar təvazökarlıq edərək digər sərnişinlərlə eyni salonda əyləşiblər.