Müğənni Nadir Qafarzadənin 32 il öncə çəkilmiş fotoları yayılıb.
Axşam.az-ın məlumatına görə, ifaçının arxiv fotolarını AzTV-də çalışmış fotoqraf Bəxtiyar Babayev sosial şəbəkədə paylaşıb.
Fotolarından bəhs edən N.Qafarzadə bunları deyib:
“Bu şəkillər mənim üçün çox əziz, doğma illərin yadigarıdır. 1983-ci il “Qırmızı qərənfil” məktəblilər ansamblında olarkən çəkilib. Həmin vaxt 12 yaşım var idi. Xoş xatirələrim var. Bəzən özüm-özümlə tək qalanda o illəri düşünürəm. Hərdən o vaxta qayıtmaq istəyirəm. Keçmişimlə fəxr edirəm".