Bu gün İrəli İctimai Birliyinin təşkilatçılığı ilə xeyriyyə tədbiri keçirib.
Axşam.az-ın məlumatına görə, mərasimdə “Bakı 2015” Avropa Oyunlarını əks etdirən qolbaqlar satılıb.
“Dostlarla oyunlara” devizi ilə baş tutan tədbirdə əldə olunan gəlir kimsəsiz uşaq evlərinə xərclənəcək.
Xeyriyyə aksiyasında müğənni Natavan Həbibi və rəqqasə Oksana Rəsulova da iştirak edib.
Tədbirlə bağlı danışan N.Həbibi “Bu qolbaqlar simvolik xarakter daşıyır. Hər bir şəxs 20 qəpik ödəyərək, onu ala bilər. Həmin məbləğ isə hansısa bir kimsəsiz uşağı sevindirəcək” deyə, bildirib.
O. Rəsulova isə hər zaman xeyriyyə tədbirlərində aktiv olduğunu vurğulayıb:
“Bu mənim insanlıq borcumdur. Düşünürəm ki, belə tədbirlər tez-tez keçirilməlidir”.
Foto: Ramin ASLANOV