Xalq artistinin nəvəsi ilə modelyer qızının toyundan fotolar

Xalq artistinin nəvəsi ilə modelyer qızının toyundan fotolar
7549 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünən tanınmış rus modelyer Vladimir Yudaşkinin qızı ilə Rusiyanın xalq artisti Lyudmila Maksakovanın nəvəsinin toy mərasimi baş tutub.

Axşam.az-ın məlumatına görə, 24 yaşlı Qalina və Petrin toyunda tanınmış sənətçilər iştirak edib. Onlar arasında Filipp Kirkorov, Kseniya Sobçak, Valeriya, Nikolay Baskov və Svetlana Bondarçuk da olub.

500-dən çox qonağın qatıldığı toy haqda Qalina öz İnstaqram səhifəsində yazıb:

"Bu həyatımın ən gözəl hadisəsi idi. Vacib günümüzdə bizimlə olan bütün dostlarımıza təşəkkür edirəm".

Qeyd edək ki, keçən il  sentyabrında münasibətlərini rəsmiləşdirən cütlük üç gün əvvəl kilsədə nikah andı içiblər.