Tamaşaçılar Beren Saatın hərəkətindən incidilər – fotolar

Tamaşaçılar Beren Saatın hərəkətindən incidilər – fotolar
7198 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Kənan Doğulu Kopenhagendə konsert verib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, təxminən 10 min nəfər tamaşaçının olduğu meydanda əsl şənlik yaşanıb. İfaçının çıxışını aktrisa həyat yoldaşı Beren Saat səhnə arxasından izləyib. Kənanın fanatları çıxışı boyunca “Beren” deyə qışqıraraq aktrisanın onları salamlamasını istəyiblər.

Lakin bu istəkləri baş tutmayan izləyicilər onun avtomobilinə minməsini gözləyiblər. “Beren” deyə qışqıran tamaşaçılar onları salamlamayan aktrisadan çox incidiklərini bildiriblər.

B.Saatla K.Doğulu isə konsertdən sonra əl-ələ tutaraq, sürətlə kulisdən uzaqlaşıb və avtomobillərinə miniblər.