Mayda Berlində nikah bağlayan “Athena” qrupunun gitaristi Hakan Özoğuzla Selin Özoğuz cütlüyünün toyu baş tutub.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mərasimə musiqiçinin əkiz qardaşı, “O səs Türkiyə” yarışmasının münsifi Gökhan Özoğuz da ailəsi ilə qatılıb. Gökhan ilk dəfə 2 yaşlı qızı Ayşə Dəryanı mediaya göstərib.
Anası Melisin əlindən tutaraq salona daxil olan Ayşə daha sonra atasının qucağından düşməyib.