Amerikalı pop müğənni Ledi Qaqa Londonda konsert verib.
Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, gecə klubundan çıxarkən obyektivlərə tuş gələn ifaçı hər zamankı kimi öz qeyri-adi geyimi ilə bütün diqqəti üzərinə toplayıb. Qara tül libasda olan Ledi başına tüklü şlyapa qoyub.
L.Qaqanın fanatları müğənnini görə bilmək üçün onun qaldığı otelin qarşısında düz 8 saat gözləyiblər.Onlardan bəziləri 28 yaşlı pop ulduzu uzaqdan görmək imkanı qazanıblar.