"Bakı 2015"in məşəli Alov Qüllələrində

"Bakı 2015"in məşəli Alov Qüllələrində
1595 dəfə oxunub
  • A-
  • A
  • A+

"Bakı 2015" Avropa Oyunlarının məşəli bu gün Alov Qüllələrində olub.

Axşam.az-ın məlumatına görə, məşəli daşıyan Rinat Rəhimxanov izləyicilərə gözəl anlar yaşadıb.

Azərbaycanlı alpinist Alov Qüllələrinin 190 metrlik zirvəsinə çıxaraq oradan "Bakı 2015"in məşəlini yerədək əlində daşıyıb.

Binanın üzərində kəndirlə hərəkət edən idmançı buna iki dəqiqə sərf edib.  

Bakı 2015-in Alovu bu gün paytaxtda səyahətinə İçəri Şəhərdə davam edib.