Məşəl Elnur Məmmədlidə - fotolar

Məşəl Elnur Məmmədlidə - fotolar
2489 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakı-2015 birinci Avropa Oyunları məşəlinin İçərişəhər estafetinə iyunun 9-da Alov qüllələrindən start verilib.

Axşam.az-ın məlumatına görə, məşəl Bakıdakı bir sıra tarixi binalara aparıldıqdan sonra UNESCO-nun Dünya Mədəni İrs siyahısına daxil olan qədim İçərişəhərə gətirilib.

Bakı-2015 məşəlinin İçərişəhərdə səyahəti saat 16:00-da Kiçik Qala küçəsindən başlayıb. Məşəl Kiçik Qala küçəsi ilə Qoşa Qala Qapısı meydanına, daha sonra isə Qüllə küçəsi ilə aparılaraq Buxara və Multanı karvansaralarının yaxınlığından Qız Qalası meydanına gətirilib.

Asəf Zeynallı küçəsi ilə hərəkətinə davam edən məşəl səyahəti Böyük Qala küçəsi ilə İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi, Məhəmməd məscidi kimi mühüm əhəmiyyətli məkanlardan, eləcə də İçərişəhərin bir sıra tarixi küçə və döngələrindən keçərək orta əsrlər Şərq memarlığının incilərindən hesab olunan Şirvanşahlar Saray Kompleksində yekunlaşıb.

Məşəli güləş üzrə Olimpiya çempionu Fərid Mansurov, xalq artisti Faiq Ağayev, cüdo üzrə Olimpiya çempionu Elnur Məmmədli, veteran atlet Abbas Əzimov, aktyor Bəhram Bağırzadə, güləş üzrə dünya və Avropa çempionu Həsən Əliyev, voleybolçu Alla Həsənova, xalq artisti, dirijor Yalçın Adıgözəlov, xalq artisti, musiqiçi Ənvər Sadıqov, xalq artisti, aktrisa Şəfiqə Məmmədova, Beynəlxalq Olimpiya Komitəsinin Koordinasiya Komissiyasının sədri Spiros Karpalos və "Bakı 2015"in ulduz elçisi, müğənni Tünzalə Ağayeva daşıyıb.

Fotolar Trend-indir