Böyük Britaniya şahzadəsi Harri Londonda müğənnilər Ledi Qaqa və Toni Benettin xeyriyyə konsertində iştirak edib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Harri illərdir ki bu xeyriyyə layihəsinin rəhbəridir. Konsertdən gələn gəlirlər ağır xəstəlikdən əziyyət çəkən azyaşlıların müalicəsi üçün nəzərdə tutulmuş "WellChild" adlı fonda köçürüləcək.
Konsertdən əvvəl şahzadə pop ifaçı və cazmenlə görüşərək dəstəklərinə görə təşəkkürünü bildirib. Ledi Qaqa isə şahzadə ilə görüşdüyü üçün sevincini bildirib.