Antalyada baş tutan "Dosso Dossi Fashion Show" dəfiləsində azərbaycanlı müğənni Elnur Hüseynov da səhnəyə çıxıb.
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, səhnəyə ilk olaraq ABŞ-lı top-model Kendall Cenner çıxıb. Erməni model Kim Kardaşyanın ögey bacısı olan Kendall podiumda müxtəlif geyimlərdə görünüb. Onun yanında 50 maneken də podiumdan keçib
Dəfilənin fasiləsində səhnədə akrobatik hərəkətlər göstərilib. Daha sonra E.Hüseynov "Eurovision"da səsləndirdiyi 'Hour Of The Wolf' mahnısını oxuyub.
Qeyd edək ki, K.Cenner Kim Kardaşyanın şotland əsilli anası Kris Cennerin ABŞ-lı atlet Brüs Cennerdən olan böyük qızıdır.