Tolikin ad günündə baş verənlər – fotolar

Tolikin ad günündə baş verənlər –  fotolar
7953 dəfə oxunub
  • A-
  • A
  • A+

Prodüser Tarix Əliyevin (Tolik) 36 yaşı tamam olub.

Axşam.az-ın məlumatına görə, ad günü iyunun 6-da olsa da, prodüser yaşını dünən qeyd edib.

Təəssüratlarını bölüşən Tolik hədiyyələrindən danışıb:

“Məni ilk anam və dostlarım təbrik etdi. Həmişəki kimi gözəl hədiyyələr almışam. Ad günüm ötən ilkindən sakit keçdi. Müğənnilər çox oynamadı. Aygün xanım (xalq artisti Aygün Kazımova – red.) maraqlı hədiyyə verib. Hər il mənə qızıl alır. Bu il çox adam pul verib. Allahdan özümə can sağlığı istəyirəm. Sabah xəstə olsam, evdə yatsam, işləməsəm, heç bir müğənni məni təbrik etməz, yanımda olmaz. Bu gün fəaliyyətdə olduğum üçün yadlarına düşürəm. Buna baxmayaraq, bütün sənətçiləri çox istəyirəm”.

Toliki təbrik etməyə gələnlər arasında sənət aləminin tanınmış simaları, teleaparıcılar yer alıb.

Foto Ramin ASLANOV