Gənclər Novxanıda əyləndilər - fotolar

Gənclər Novxanıda əyləndilər -  fotolar
4037 dəfə oxunub
  • A-
  • A
  • A+
İyunun 6-da "AF Hotel Aqua Park" ailəvi istirahət mərkəzinin yay mövsümünün açılışı baş tutub.

Axşam.az-ın məlumatına görə, tədbir "Millennium Turizm" və otelin birgə təşkilatçılığı ilə keçirilib.

Mərasimi giriş sözü ilə "Millennium Turizm" şirkətinin nümayəndəsi Elçin Rzayev açıb.

Gecədə bir neçə sənət adamı çıxış edib, milli rəqslərimiz nümayiş olunub. Müxtəlif konkurslar oynanılaraq qaliblərə hədiyyələr təqdim edilib.

Daha sonra qonaqlar dicey Roşkanın musiqi sədaları altında rəqs etməyə başlayıblar.

Tədbirin aparıcılığını Şəhriyar Əbilov edib.

Foto: Natiq Orucov