Əfsanəvi caz ifaçısı Toni Bennettlə konserti təxirə salınan pop ulduz Ledi Qaqa Londonda bara girərkən görüntülənib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, hər zaman absurd libasları ilə diqqət çəkən müğənni bu dəfə də ənənəsinə sadiq qalıb. Transparan kofta, cırıq corab və dəri gödəkcə geyinən Ledi sərxoş olduğundan güclə yeriyib.