Müğənni Elnarə Xəlilova mükafata layiq görülüb.Axşam.az-ın məlumatına görə, o, Azərbaycan Respublikası “Milli Dəyərlərin Qorunması” İctimai Birliyinin (ARMDQİB) təsis etdiyi “Ağamusa zirvəsi” diplomu ilə təltif edilib. Mükafatı ona məşhur milyonçu və xeyriyyəçi Ağamusa Nağıyevin qızı, ARMDQİB-nin sədri Dilarə Ağamusa təqdim edib.
Elnarə bu mükafata musiqi aləmində mədəniyyəti ilə seçildiyinə, ailədə nümunəvi xanım, ana kimi xüsusi yeri olduğuna görə və A. Nağıyevin xeyriyyəçilik əməlləri, eləcə də ictimai fəaliyyətinə dəyər verdiyi üçün layiq görülüb.
Xatırladaq ki, ötən gün E. Xəlilova Azərbaycan Talassemiya Federasiyası tərəfindən “Azərbaycanda könüllü, təmənnasız qan donorluğunun inkişafında fəal iştirakına görə” də diplom və mükafatla təltif olunub. Müğənni, həmçinin, Azərbaycanın Gənc Qan Donorlarının ikinci forumunda fəxri qonaq kimi iştirak edib.