Mehriban Əliyeva “Kiçik Venesiya şəhərciyi”ndə - fotolar

Mehriban Əliyeva “Kiçik Venesiya şəhərciyi”ndə - fotolar
3167 dəfə oxunub
  • A-
  • A
  • A+

İyunun 10-da Dənizkənarı Milli Parkdakı “Kiçik Venesiya şəhərciyi”ndə Avropa Qonaqpərvərlik Klubunun açılışı olub.

Axşam.az-ın məlumatına görə, Azərbaycanın birinci xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva açılış mərasimində iştirak edib.

Birinci xanımı Avropa Qonaqpərvərlik Klubunun önündə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki qarşılayıb

M.Əliyeva və P.Hikki klubun rəmzi açılışını bildirən lenti kəsiblər, burada yaradılan şəraitlə tanış olublar.

Tədbirin ən maraqlı məqamlarından biri ilk Avropa Oyunlarını təbliğ etmək məqsədilə Lissabondan Bakıya velosipedlə səfər edən 53 yaşlı velosipedçi və macəra həvəskarı Corc Kristovaonun Milli Parka gəlişi olub. Bu təşəbbüs Portuqaliyanın Milli Olimpiya Komitəsi tərəfindən dəstəklənib. Corc Kristovao yürüşə Lissabonun Torre de Belem abidəsinin qarşısından bu il aprelin 10-dan start verib. Corc Kristovao 7 min kilometrə yaxın məsafəni ona hədiyyə olunan elektriklə işləyən velosipedlə qət edib. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva velosipedçiyə ailə üzvləri ilə birlikdə Oyunların açılış mərasimində iştirak etmək üçün biletlər təqdim edib. Corc Kristovao isə Portuqaliyanın Milli Olimpiya Komitəsi tərəfindən ünvanlanan məktubu “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya təqdim etib.

Sonra birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva oyunlarda iştirak edəcək Portuqaliya komandasının üzvləri ilə görüşüb.