Britaniyalı dizayner Viktoriya Bekhem xeyriyyə məqsədilə 4 yaşlı qızı Harperin libaslarını satışa çıxarıb.Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, geyimlər “Gucci”, "Stella McCartney”, “Chloe”, “Ralph Lauren”, “Marc Jacobs” kimi məşhur brendlərdəndir. Satışa çıxarılan 25 ədəd paltarların hər biri 500 funt-sterlinqə satılacaq.
Viktoriya belə bir addımı atmaqla ehtiyacı olan uşaqlara yardım edəcəyini bildirib:
“Ehtiyac içində yaşayan uşaqlara dəstək olmaqdan şadam. Hər birimiz onların həyatında mühüm rol oynamalıyıq, onlara xoşbəxt gələcək bəxş etməliyik”.