"Mən kişilərsiz yaşaya bilmərəm" - Aygün

"Mən kişilərsiz yaşaya bilmərəm" -  Aygün
9482 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Aygün Kazımova modelyer Leyla Əhmədovanın yeni "Azərbaycan" adlı kolleksiyasının təqdimat mərasiminə qatılıb.

Axşam.az-a açıqlama verən müğənni modelyerlə dostluqlarının tarixçəsindən danışıb:

“Onun çox özəllikləri var. Buna görə də mən onu seçmişəm. 17 ildir Leyla xanımla bir yerdəyik. Çox möhtəşəm kolleksiya hazırlayıb. 13 il bu kolleksiya üzərində çalışıb. Bu muzeydə qalacaq tarixi bir eksponatdır. Hətta mən belə onları geyinməyə qıymıram”.

A.Kazımova kişilərlə bağlı fikirlərini bölüşüb:

“Harada mən varam, orada kişilər olmalıdır. Mən onlarsız yaşaya bilmərəm. Mənim əhatəm ancaq kişilərdir. Kişilərin əhatəsində özümü əsl xanım kimi hiss edirəm. Onların sevgisi və alqışı məni yaşadır. Çünki mən əsl qadınam”.

Foto: Mikayıl ƏLİYEV