Müğənni Elnarə Xəlilova artıq çəkilərindən şikayətlənib.
Axşam.az-a açıqlama verən sənətçi 10 kiloqram kökəldiyini etiraf edib:
“Özümə qarşı tələbkaram. Bir ara sosial şəbəkədə pəhrizlər paylaşırdım. Sonra dayandırdım. Çünki özüm arıqlaya bilmirəm. Əvvəl indikindən 10 kiloqram arıq idim. Düzdür, indi o vəziyyətə düşmək istəmirəm. Yun çubuğuna oxşayırdım (gülür). Ən az 5 kiloqram arıqlamaq istəyirəm. Amma edə bilmirəm".
Baxımdan danışan E.Xəlilova salona hər gün getdiyini deyib:
“Günümün 4-5 saatı salonda keçir. Saç düzümü, makiyaj, üz baxımı, manikür-pedikür etdirirəm. Bu xidmətlərin hamısı mənim üçün pulsuzdur. Salonu olan dostlarım çoxdur. Sağ olsunlar ki, bunları edirlər. Həm də onlar üçün şərəfdir. Elə mənim üçün də”.
“Bakı 2015” Avropa Oyunlarından bəhs edən ifaçı açılış günü evdə oturacağını deyib:
“Evdə oturub, uşaqlarıma baxacam. Getməyi düşünmürəm. Yollar bağlanacaq. Ən rahatı açılışı evdə izləməkdir”.
Foto: Mikayıl ƏLİYEV