Müğənni Rəqsanə İsmayılova prodüser Tolikin ad günündə fotokameramız qarşısına keçib, şəkillər çəkdirib.
Uzun yarıqlı libası ilə diqqət çəkən ifaçı Axşam.az-a geyimi ilə bağlı açıqlama verib:
“Brendləri xoşlayıram. Hərdən ucuz libas da geyinirəm. Amma onu elə formada təqdim edirəm ki, dəyəri bilinmir. Əslində idman geyimlərinə üstünlük verirəm. Amma belə ziyafətlərə gələndə dəbdəbəli libaslar geyinirəm. Ən çox saat xoşlayıram. Mənim 80-dən çox saatım var. Orada bütün brendlər yer alır”.
R.İsmayılova geyiminin qiymətini də açıqlayıb:
Ayaqqabı – 3000 manat
Libas - əslində qiyməti 7000 manatdır. Mən alanda endirimə düşmüşdü. 3500 manata aldım.
Boyunbağım və üzüklərim məşhur brenddəndir. Ad günümdə həyat yoldaşım hədiyyə edib.
Sırğa isə bacımın hədiyyəsidir.
İfaçı geyiminə ümumilikdə 6500 manat xərcləyib.
Foto: Ramin ASLANOV