Müğənni Teylor Svit keçən il təqdim etdiyi albomu ilə bütün reytinqlərdə üst pilləyə qalxaraq ilin əsas mükafatlarına layiq görüldü.
Axşam.az-ın Rusiya mediasına istinadən məlumatına görə, 25 yaşında olan ifaçının 200 milyon dollar sərvəti var. Bir neçə evi olan Teylorun Kaliforniya sahillərindəki villası daha möhtəşəmdir.
Kənardan nə qədər dəbdəbəli görünsə də, içərisi sadə və klassik tərzdə olan evin üstün cəhətləri qarşısındakı mənzərə və çimərliyə birbaşa çıxışının olmasıdır.