İllər əvvəl yanğınsöndürən Mayk Hyuz 9 aylıq Daniel Devison adlı qızı yanğından xilas edir.
Axşam.az-ın adme.ru-ya istinadən məlumatına görə, illər sonra Mayk təsadüfən Danieli Feysbukda görür və ona yazır:
"Mənə belə gəlir ki, sən balaca olanda yanğından xilas etdiyim qızsan".
Bundan sonra onlar tez-tez görüşürlər. Mayk qız üçün ikinci ata və yaxın dostu olur. Yanğından 17 il sonra Daniel xilaskarını öz məzun gününə dəvət edir və onu insanlara təqdim edir:
"Mayk bu tədbirdə mənim üçün ən vacib insandır. Mən həmişə xoşbəxlikdən ağlayıram, çünki hər şey başqa cür ola bilərdi. Əgər sən olmasaydın, mən bu gün burda olmazdım".