Bakıda uşaqlar podiuma çıxıb - fotolar

Bakıda uşaqlar podiuma çıxıb -  fotolar
1755 dəfə oxunub
  • A-
  • A
  • A+
“Azərbaycan Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə Birinci Avropa Oyunlarına həsr olunmuş uşaqlardan ibarət moda nümayişi keçirilib.

Axşam.az-ın məlumatına görə, birliyin nümayəndəsi Mina Vaqif festivalda 40-dan çox gənc modelyerin əl işinin nümayiş edildiyini bildirib.

Balaca modellərin üzünə Avropa Oyunlarının simvollarını əks etdirən şəkillər çəkilib.

Qizların libaslarında loqo, oglanların geyimində isə "Bakı 2015" təsvir olunub.

Aparıcı Hacı Nuran və modelyer Günel Behbudovanın da yer aldığı münsif heyəti qalibləri bir neçə nominasiyada təltif edib. Onlar diplomlar, dəyərli hədiyyələrlə mükafatlandırılıb.
 
Tədbirin sonunda qeyd edilib ki, moda nümayişinin növbəti hissəsi Avropa Oyunları başa çatdıqdan sonra keçiriləcək.